Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Erkən evlilik və qohum nikahlarının fəsadları” mövzusunda maarifləndirici görüş keçirilib

09 iyul 2024 | 11:46

8 iyul  2024-cü il tarixində Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon uşaq və ailələrə dəstək mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Erkən evlilik və qohum nikahlarının fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib. Rayon Polis Şöbəsinin, təhsil sektorunun, ictimaiyyət nümayəndələrinin və könüllülərin iştirakı ilə keçirilən tədbirdə erkən nikah və qohum evliliyin törətdiyi fəsadlardan, bunun gələcək nəslin sağlamlığını hansı təhlükə qarşısında qoymasından və bu kimi halların qarşısının alınması istiqamətində dövlət tərəfindən görülən işlərdən danışılmış, mövzu ilə əlaqəli video-çarx nümayiş etdirilmiş və bukletlər paylanılmışdır.

Keçidlər