"Erkən nikah və onların cəmiyyətdə yaratdığı fəsadlar" adlı tədbir keçirilmişdir
24 iyun 2024-cü il tarixdə Qəbələ RİH yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın təşkilatçılığı ilə rayonun Zirik kəndində "Erkən nikah və onların cəmiyyətdə yaratdığı fəsadlar" adlı tədbir keçirilib. Komissiya üzvlərinin, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Qəbələ Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin, gənclər və kənd ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə çııxş edənlər erkən nikah və məişət zorakılığının qarşısının alınması istiqamətində ölkəmizdə görülən işlərdən, onun cəmiyyətdə yaratdığı fəsadlardan danışmış, bu istiqamətdə mühüm əhəmiyyət kəsb edən maarifləndirici tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulamışlar. Tədbir diskusiya şəklində davam etmişdir.