"Erkən nikaha və məişət zorakılığına son" adlı tədbir keçirilib
Qəbələ RİH yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə rayonun Mirzəbəyli kəndində "Erkən nikaha və məişət zorakılığına son" adlı tədbir keçirilmişdir. Kənd sakinlərinin, ağsaqqalların və gənclərin iştirak etdiyi tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında erkən nikah və məişət zorakılğının qarşısının alınması istiqamətində ölkəmizdə, o cümlədən rayonda görülən işlərdən danışmış, bu istiqamətdə mühüm əhəmiyyət kəsb edən maarifləndirici tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd etmiş, qanunvericiliyin tələblərini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Tədbir diskusiya şəklində davam etmişdir. Sonda maarifləndirmə xarakterli videomaterial nümayiş etdirilmiş və iştirakçılara bukletlər paylanılmışdır.