“Erkən nikaha yox deyək” adlı tədbir keçirilib
13 mart 2025 | 15:29
12 mart 2025-ci il tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzi Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsi tərəfindən “Erkən nikaha yox deyək” adlı tədbir keçirilib. Qəbələ rayon Heydər Əliyev Mərkəzinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Tarix - diyarşünaslıq Muzeyinin, şəhər 2 saylı kitabxananın əməkdaşlarının və gənclərin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər erkən nikahın fəsadlarından, keçirilən maarifləndirmə tədbirinin əhəmiyyətindən bəhs etmişlər. Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunmuşdur.