"Erkən nikahın fəsadları" adlı tədbir keçirilib
Qəbələ rayon Tarix -Diyarşünaslıq Muzeyinin və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Erkən nikahın fəsadları "mövzusunda tədbir keçirilib. Tədbirdə vurğulanıb ki, bu mövzu ilə bağlı dövlətimizin müəyyən Qanun mexanizmi var. Bu tədbirlər vasitəsilə erkən yaşda, eləcə də qohumlar arasında bağlanmış nikahların fəsadlarının ictimaiyyətə çatdırılması və yetişməkdə olan gənc nəsli bu haqda maarifləndirmək vacib amillərdəndir. Həmçinin bildirilmişdir ki, erkən nikahlar yeniyetmə qızları təhsildən yayındırır ,onların təhsil hüququnu pozur , qloballaşma dövründə sosiallaşma faktoruna mənfi təsir göstərir. Bu kimi halların aradan qaldırılması üçün dövlət orqanları ilə birlikdə ictimaiyyətin, o cümlədən valideynlərin üzərinə böyük vəzifələrin düşdüyü, bu sosial problemin hazırda dünyada aktuallıq kəsb edən məsələlərdən biri olduğu qeyd edilmişdir. Sonda mövzu ilə əlaqədar videoçarx nümayiş etdirilmişdir.













