Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

"Erkən nikahın fəsadları" mövzusunda tədbir keçirilib

06 may 2026 | 16:25

06 may 2026-cı il tarixdə Qəbələ rayon Tarix -Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə "Erkən nikahın fəsadları" adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edənlər erkən nikah və məişət zorakılığının qarşısının alınması istiqamətində ölkəmizdə görülən işlərdən, erkən nikahın cəmiyyət üçün ciddi sosial və psixoloji problemlər yaradan amillərdən biri olmasından və bu halların qarşısının alınması istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyindən bəhs etmişlər. Tədbir diskussiya şəklində davam etmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.  Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunmuşdur.

Keçidlər