Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

““Əsrin müqaviləsi” Ulu Öndər Heydər Əliyevin bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətidir” adlı tədbir keçirilib.

20 sentyabr 2024 | 15:20

20 sentyabr 2024-cü il tarixində Qəbələ rayon Heydər Əliyev Mərkəzində ““Əsrin müqaviləsi” Ulu Öndər Heydər Əliyevin bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətidir” adlı tədbir keçirilib. Tədbiri  giriş sözü ilə açan Qəbələ  rayon Heydər Əliyev Mərkəzinin direktoru Kəmalə Qasımova "Əsrin müqaviləsi” ilə müstəqilliyini möhkəmləndirən Azərbaycanın öz sərvətlərinə tam sahib olduğunu diqqətə çatdırmış, Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu qeyd etmişdir. Çıxış edənlər “Əsrin müqaviləsi”nə gedən yolun müxtəlif çətinliklərdən və maneələrdən keçərək, Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli siyasi və dövlət xadimi prezident Heydər Əliyevin dəmir iradəsi və möhkəm dövlətçilik əzminin, qətiyyətli və ardıcıl siyasətinin nəticəsi olaraq reallaşdığını və bu müqavilənin tarixi Zəfərimizin qazanılmasında da əhəmiyyətli rol oynadığını qeyd etmişlər. Sonda ““Əsrin müqaviləsi” Ulu Öndər Heydər Əliyevin bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətidir” adlı sənədli filim nümayiş olunmuşdur.

Keçidlər