Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş keçirilib

10 aprel 2026 | 17:48

Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında rayon ərazisində fəaliyyət göstərən fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş keçirilmişdir. Tədbirdə çıxış edən Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Namiq Ağayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən kənd təsərrüfatının inkişafı, fermerlərin dövlət dəstəyi ilə əhatə olunması və aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsinə, kənd təsərrüfatında şəffaflığın artırılması, subsidiya mexanizmlərinin təkmilləşdirilməsi və fermerlərin rifahının yüksəldilməsinə göstərdiyi diqqət və qayğıdan danışmışdır. Görüş zamanı fermerlərin üzləşdiyi çətinliklər, kənd təsərrüfatının inkişafı ilə bağlı problemlər və onların təklifləri diqqətlə dinlənilmiş, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsinin vacibliyi qeyd olunmuş, fermerlərlə qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Keçidlər