Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunmuş “Heydər Əliyev İli”nə həsr olunan “Gənc xilasedici” Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib

26 iyun 2023 | 16:33

İyunun 26-da Qəbələ şəhərində “Heydər Əliyev İli”nə həsr olunmuş “Gənc xilasedici” Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin final mərhələsinin açılış mərasimi keçirilib. Tədbirə Azərbaycan Respublikasının Dövlət bayrağının meydana gətirilməsi və Dövlət himninin səsləndirilməsi ilə start verilib.  Mərasimdə çıxış edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev yeniyetmə və gənclərin milli vətənpərvərlik, xalqına və dövlətinə sədaqət ruhunda yetişməsi məsələsinə xalqımızın ümummilli lideri Heydər Əliyevin hər zaman xüsusi həssaslıqla yanaşdığını vurğulayıb. Nazir müavini Fövqəladə Hallar Nazirliyi tərəfindən Qəbələdə təşkil olunan “Gənc xilasedici” beynəlxalq yarışının gənclərdə fövqəladə hallarla mübarizə sahəsində əməli vərdişlərin formalaşması ilə yanaşı, bu istiqamətdə beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsində mühüm rol oynadığını qeyd edib.  Daha sonra Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev yarışların əhəmiyyətindən danışıb, belə müsabiqələrin keçirilməsinin yeniyetmə və gənclərin fövqəladə hallarla mübarizə sahəsində yeni təcrübələr əldə etməsi, həmçinin bu sahədə beynəlxalq əməkdaşlıq üçün mühüm rol oynadığını vurğulayıb, tədbir iştirakçılarına uğurlar arzulayıb. Tədbirin Təşkilat komitəsi rəhbərinin müavini polkovnik Məhbubə Mustafayeva yarışların əhəmiyyətindən ətraflı bəhs edərək, bütün komandalara müvəffəqiyyətlər arzulayıb. Sonra yarışlara qatılmış komandaların təntənəli keçidi baş tutub. Yarış ümumilikdə 4 mərhələdə - məktəb, rayon (şəhər), zona və ümumrespublika yarışları mərhələsində təşkil olunur. Zona yarışlarında qalib gəlmiş komandalar Ümumrespublika final yarışlarında iştirak edirlər. Builki Ümumrespublika birinciliyinin final mərhələsində 16 rayon və şəhərin komandaları birincilik uğrunda mübarizə aparacaqlar. Həmçinin, respublikanın müxtəlif bölgələrindən olan 21 nəfər şəhid övladı builki yarışa dəvət olunub. Onların asudə vaxtlarının səmərəli təşkil olunması üçün əlavə proqramların keçirilməsi nəzərədə tutulur. “Heydər Əliyev İli”nə həsr olunmuş “Gənc xilasedici” Beynəlxalq yarışında isə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Pakistandan olan komandalar qüvvələrini sınayacaqlar. Yarışlar iyulun 2-nə kimi davam edəcək.

 

Keçidlər