"GabalaFest" çərçivəsində Azərbaycanın tanınmış detektiv yazıçısı, bestseller əsərlərin müəllifi Elxan Elatlı ilə görüş və imza saatı keçirilib
03 avqust 2026 | 10:49
"GabalaFest" çərçivəsində növbəti ədəbi tədbir Azərbaycanın tanınmış detektiv yazıçısı, bestseller əsərlərin müəllifi Elxan Elatlının iştirakı ilə keçirilib. Tədbirdə yazıçının zəngin yaradıcılıq yolu, detektiv janrının incəlikləri, süjet xəttinin qurulması və mütaliənin gənclərin mənəvi inkişafındakı rolu ətrafında maraqlı söhbətlər aparılıb. Detektiv həvəskarlarının böyük maraq göstərdiyi səmimi görüşdə Elxan Elatlı oxucuların çoxsaylı suallarını böyük məmnuniyyətlə cavablandırıb və gələcək yaradıcılıq planlarını bölüşüb. Kitabsevərlərin böyük coşqusu ilə yadda qalan tədbirin sonunda müəllif sevilən əsərlərini oxucular üçün imzalayıb və iştirakçılarla xatirə şəkilləri çəkdirib.













