"GabalaFest" çərçivəsində kitab sərgisi təşkil edilmiş, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüş keçirilmişdir.
"GabalaFest" çərçivəsində müxtəlif səpgili silsilə tədbirlər, o cümlədən kitab sərgisi də təşkil edilmişdir. Kitab sərgisində ilk olaraq Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla oxucuların və festival qonaqlarının görüşü keçirilib. Görüşdə yazıçının Azərbaycan ədəbiyyatının, mədəniyyətinin və ictimai fikrinin inkişafındakı müstəsna xidmətlərinə toxunulub, görkəmli ədibin zəngin yaradıcılığı haqqında maraqlı məlumatlar verilib. Görüş zamanı Xalq yazıçısı öz yaradıcılıq yolu, əsərlərinin yaranma tarixi və müasir Azərbaycan mədəniyyətinin inkişaf mərhələləri barədə təəssüratlarını bölüşmüş, iştirakçıların suallarını cavablandırmışdır. Sonda Xalq yazıçısı Anar festival çərçivəsində belə məzmunlu görüşlərin təşkilinə görə təşkilatçılara minnətdarlığını bildirmiş, oxucuların təqdim etdiyi kitabları imzalamışdır.













