Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

"GabalaFest" çərçivəsində "Qəbələnin Canlı Nağılı" adlı rəngarəng mini teatr tamaşası təqdim olunub

03 avqust 2026 | 11:11

"GabalaFest" çərçivəsində festival qonaqları və balaca tamaşaçılar üçün "Qəbələnin Canlı Nağılı" adlı rəngarəng və interaktiv mini teatr tamaşası nümayiş etdirilib. Uşaqların dünyagörüşünə, estetik zövqünə və zəngin təxəyyülünə uyğun hazırlanan tamaşa bədii səhnəcikləri, canlı ifaları və aktyorların ustalıqla təqdim etdiyi şou ilə balaca izləyicilərə nağıl dünyasının qapılarını açıb. Tədbir boyunca balaca festival iştirakçıları da tamaşanın gedişatına qoşularaq əyləncəli anlar yaşayıblar. Böyük maraq və coşğu ilə qarşılanan mini teatr tamaşası tamaşaçılara unudulmaz təəssüratlar bəxş edib və gur alqışlarla başa çatıb.

 

Keçidlər