Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

“GabalaFest” çərçivəsində təşkil olunan sənətkarlıq və istehsal məhsulları yarmarkası festivalın son günündə də öz işini uğurla davam etdirib.

04 avqust 2026 | 11:55

Festival boyunca dinamikası ilə seçilən “GabalaFest” çərçivəsində təşkil edilən sənətkarlıq və istehsal məhsulları yarmarkası  son gündə də ziyarətçi axını ilə yadda qalıb. Yarmarkada yerli usta və sənətkarların əl işləri, tətbiqi sənət nümunələri, eləcə də regionun özünəməxsus istehsal məhsulları təqdim olunub. Qonaqlar həm xalq tətbiqi sənətinin zəngin nümunələri ilə tanış olmaq, həm də xatirə hədiyyələri və yerli məhsullar əldə etmək imkanı qazanıblar. Milli brendlərimizin və əl işlərinin təbliğinə xidmət edən yarmarka festival iştirakçılarına rəngarəng bayram əhval-ruhiyyəsi bəxş edərək öz işini uğurla başa vurub.

Keçidlər