"GabalaFest" çərçivəsində uşaq yazıçısı Reyhan Yusifqızı ilə görüş keçirilib
30 iyul 2026 | 15:09
"GabalaFest" çərçivəsində növbəti tədbir uşaq ədəbiyyatının tanınmış nümayəndəsi, riyaziyyatçı-alim Reyhan Yusifqızı ilə görüşə həsr olunub. Yazıçı ilə məktəblilər və balaca oxucular arasında canlı interaktiv həmsöhbətdə elmi-kütləvi və fantastik hekayələrin yaranma sirrləri, mütaliənin uşaqların təfəkkürünə təsiri barədə ətraflı bəhs edilib. Müəllif uşaqları maraqlandıran sualları cavablandırmaqla yanaşı, onlara kitab oxumaq həvəsini artıracaq dəyərli tövsiyələrin vermişdir. Sonda yazıçı balaca azarkeşlərin kitablarını imzalayaraq onlarla və xatirə şəkillər çəkdirmişdir.













