Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

"GabalaFest" çərçivəsində uşaq yazıçısı Yuliya Kərimova ilə görüş və "Cumbulu Qəbələdə" kitabının təqdimatı keçirilib

03 avqust 2026 | 10:45

"GabalaFest" çərçivəsində balaca kitabsevərlər üçün növbəti maraqlı və rəngarəng ədəbi tədbir uşaq yazıçısı Yuliya Kərimovanın iştirakı ilə keçirilib. Görüşdə müəllifin uşaq dünyasını, xeyirxahlıq və dostluq dəyərlərini tərənnüm edən "Cumbulu Qəbələdə" kitabı təqdim olunub. Səmimi və şən mühitdə keçən tədbirdə Yuliya Kərimova balaca oxucuları ilə yaxından həmsöhbət olub, nağılların yaranma tarixçəsindən danışıb və uşaqların maraq dolu suallarını böyük həvəslə cavablandırıb. Uşaqların böyük sevinclə qarşıladığı bu unudulmaz görüşün sonunda yazıçı "Cumbulu Qəbələdə" kitabını balaca oxucuları üçün imzalayıb, onlarla xatirə şəkilləri çəkdirib.

 

Keçidlər