Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

 “GabalaFest”ə möhtəşəm konsert programı ilə yekun vurulub

04 avqust 2026 | 16:23

“GabalaFest”in təntənəli bağlanış mərasimində Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımovanın məşhur britaniyalı ifaçı Fredrik Ferrier ilə birlikdə izdihamlı konserti baş tutub. İfaçı rəqs kollektivi, yaradıcı səhnə konsepti və yüksek enerjili ifası ilə festivalın final gecəsinə unudulmaz damğa vurub. Gecədə Aygün Kazımovanın illərdir sevilən hitləri ilə yanaşı, Fredrik Ferrierlə birlikdə xüsusi hazırladıqları duet və səhnə şousu tamaşaçılar tərəfindən böyük coşğu və alqışlarla qarşılanıb. Zəngin səhnə tərtibatı və xüsusi proqramı ilə zövq oxşayan bu konsert “GabalaFest”in ən yaddaqalan və parlaq anlarından birinə çevrilib.

Keçidlər