“Gələcəyə ilk addım” adlı tədbir keçirilib
28 avqust 2026-cı il tarixində Qəbələ Rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ bölməsinin birgə təşkilatçılığı ilə 15 Sentyabr – Bilik Günü münasibətilə “Gələcəyə ilk addım” adlı tədbir keçirilib. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Qəbələ Dövlət Rəsm Qalereyasının, Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin nümayəndələri, Qəbələ şəhər 1 saylı tam orta məktəbin müəllim və şagirdləri, ali təhsil müəssisələrinə qəbul olmuş gənclər və onların valideynləri iştirak edib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə təhsilin inkişafına vermiş olduğu böyük önəmi xüsusi qeyd edərək, Ulu Öndərin rəhbərliyi dövründə təhsilin inkişafı, gənclərin hərtərəfli formalaşması, onların ölkənin gələcək inkişafında fəal iştirakının təmin edilməsi istiqamətində mühüm addımlar atıldığını bildirmişlər. Sonda ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrə hədiyyələr təqdim edilmiş, gənclərə yeni təhsil mərhələsində uğurlar, əzmkarlıq və yüksək nailiyyətlər arzulamışlar.













