"Gələcəyimizi ağ ölümdən xilas edək" adlı tədbir keçirilib
24 aprel 2025 | 17:23
24 aprel 2025-ci il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Gələcəyimizi ağ ölümdən xilas edək" adlı tədbir keçirilib. Tədbir zamanı gəncliərin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın törətdiyi fəsadlardan, insan psixologiyasına mənfi təsirindən, gənc və yeniyetmələri oğurluğa, cinayətə sövq etməsindən, ölümə aparmasından və ailələrin dağılmasına səbəb olmasından danışılmış, dövlətimiz tərəfindən narkomanlığa qarşı ciddi mübarizə aparıldığı qeyd olunmuşdur.Tədbir diskussiya şəklində davam etmiş, mövzu ilə əlaqədar videoçarx nümayiş olunmuşdur.