“Gələcəyimizi ağ ölümdən xilas edək!”adlı tədbir keçirilib
15 fevral 2023 | 16:28
15 fevral 2023-cü il tarixində Qəbələ rayon Heydər Əliyev Mərkəzində “Gələcəyimizi ağ ölümdən xilas edək!” adlı tədbir keçirilib. Qəbələ Rayon İcra Hakimiyyətinin və rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Qəbələ Rayon Komissiyasının üzvləri, gənclər və məktəblilər iştirak etmişdir. Çıxış edənlər narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli Fərmanında öz əksini tapdığını qeyd etmiş, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması, narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin “Narkotik vasitələrin, psixatrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı”na uyğun tənzimləndiyini və bu strategiyanın bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışlar. Tədbir diskusiya şəklində davam etdirilmişdir.