Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Gənc muğam ifaçılarının Qəbələ festivalında çıxışı maraqla qarşılanıb

31 iyul 2023 | 12:19

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının proqramı zəngin və rəngarəngdir. Əvvəlki festivallarda olduğu kimi, bu il də tamaşaçılar muğam ifaçılarının çıxışını böyük səbirsizliklə gözləyirdilər. Festival çərçivəsində iyulun 30-da axşam Heydər Əliyev Konqres Mərkəzində Azərbaycanın tanınmış, gənc xanəndələri Mirələm Mirələmov və Kamilə Nəbiyevanın iştirakı ilə konsert proqramı təqdim olunub. Gənc muğam ifaçıları öz möhtəşəm ifaları ilə tamaşaçılara unudulmaz anlar bəxş ediblər. Gənc və istedadlı xanəndələrin ifa etdikləri təsnif və mahnılar tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

Keçidlər