Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Gənc xilasedici və yanğınsöndürən" IX Ümumrespublika yarışlarının iştirakçılarının şəhid valideynləri ilə görüşü keçirilmişdir

28 iyun 2022 | 15:38

Qəbələ şəhərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil,   Gənclər və İdman nazirliklərinin, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının, Qəbələ RİH-nin dəstəyi və 60 nəfər şəhid övladının iştirakı ilə keçirilən "Gənc xilasedici və yanğınsöndürən" IX Ümumrespublika yarışlarının final mərhələsi çərçivəsində  Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilmişdir. Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək həyatını itirmiş Qəbələ rayonundan olan şəhidlərin valideynlərinin də iştirak etdiyi tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Çıxış edənlər ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə ordu quruculuğunu, milli hərbi kadrların hazırlanmasını, Silahlı Qüvvələrin təkmilləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxladığını, bu mütərəqqi siyasətin dövlət başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini vurğulamış, ərazi bütövlüyümüz uğrunda öz canından keçmiş şəhidlərimizin ailələrinə, qazilərə dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini qeyd etmişlər.  Daha sonra tədbir milli vətənpərvərlik ruhunda konsert proqramı ilə davam etdirilmişdir. Tədbirdə çıxış edən şəhid valideyinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər