Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Gənclər arasında “Zəfər Günü”nə həsr edilmiş basketbol idman növü üzrə Qəbələ rayon turniri keçirilmişdir

02 noyabr 2023 | 08:55

01 noyabr 2023-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı və rayon təhsil sektorunun iştirakı ilə Qəbələ şəhər 5 saylı tam orta məktəbində “Zəfər Günü”nə həsr edilmiş gənclər arasında basketbol idman növü üzrə “Zəfər kuboku” turniri keçirilmişdir. Turnirin keçirilməsində məqsəd Vətən müharibəsində canlarından keçərək “Zəfər günü”nün sevincini bizlərə bəxş etmiş şəhidlərimizin xatirəsini əbədiləşdirmək, həmçinin idmançılarda yarış təcrübəsini, ustalığı artırmaq, basketbol idman növünü gənclər arasında təbliğ etmək və kütləviliyini artırmaqdan ibarətdir. Turnirin açılış mərasimində öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğıdan danışmış, “Zəfər günü” münasibətilə komandaları təbrik edərək, onlara uğurlar arzulamışdır. Yarışın nəticələrinə görə Qəbələ şəhər 1 saylı tam orta məktəbin  komandası I  yerə, şəhər 5 saylı tam orta məktəbin komandası II yerə, Qəbələ şəhər 4 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülmüş, qalib komandalara Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin kubok və diplomları təqdim edilmişdir.

Keçidlər