“Gənclər erkən nikaha yox, gələcəyinə hə deyir!” adlı maarifləndirici tədbir keçirilib.
23 noyabr 2024 | 17:48
22 noyabr 2024-cü il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Gənclər erkən nikaha yox, gələcəyinə hə deyir!” adlı maarifləndirici tədbir keçirilib. Azərbaycan Respublikasının Gənclər Fondunun, rayon icra hakimiyyətinin, rayon uşaq və ailələrə dəstək mərkəzinin, Qəbələ Dövlət Peşə Tədris Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələrinin və şagirdlərin iştirak etdiyi tədbirdə çıxış edənlər erkən nikah və qohum evliliyin törətdiyi fəsadlardan, bunun gələcək nəslin sağlamlığını hansı təhlükə qarşısında qoymasından və bu kimi halların qarşısının alınması istiqamətində dövlət tərəfindən görülən işlərdən bəhs etmişlər.