“Gənclər narkotikə yox deyir şuarı altında regional konfranslar” layihəsi çərçivəsində tədbir keçirilib.
02 dekabr 2024-cü il tarixdə “Gənclərin Anti-Narkomaniya” ictimai birliyi tərəfindən “Gənclər narkotikə yox deyir şuarı altında regional konfranslar” layihəsi çərçivəsində tədbir keçirilib. Layihənin məqsədi Azərbaycanın narkotiklərin geniş yayıldığı, interaktiv xəritədə qırmızı və sarı zonalara daxil olan rayon və şəhərlərində gənclərin narkomaniyaya qarşı mübarizə bilgilərini artırmaq, narkomaniya ilə mübarizə mədəniyyətini təkmilləşdirməkdən ibarətdir. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilən tədbirdə çıxış edənlər ölkəmizdə gənclərin narkotik maddələrdən asılılığının, qabaqlayıcı maarifləndirmə tədbirlərinin təşkili zamanı yeni nəsil nümayəndələrinin sağlam həyat tərzi sürməyə üstünlük verməklə narkotik maddə istifadə etmək təhlükəsindən uzaqlaşmalarını diqqətə çatdıraraq narkotik maddə istifadəçisi olan gənclərin statistikasında sürətli şəkildə azalma olduğunu qeyd etmişlər.