"Gənclər sağlam gələcək uğrunda" adlı tədbir keçirilib
08 aprel 2026-cı il tarixdə narkomaniya ilə mübarizə və sağlam həyat tərzinin təbliği məqsədilə Qəbələ rayon Heydər Əliyev Mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin şəhər 2 saylı filialının birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edənlər narkomaniyanın insan sağlamlığına, ailə institutuna və ümumilikdə cəmiyyətə vurduğu ciddi zərərlərdən, bu istiqamətdə aparılan dövlət siyasətinin əhəmiyyətindən, narkotik vasitələrin istifadəsinin doğurduğu hüquqi və tibbi fəsadlar, asılılığın yaranma səbəbləri və onun qarşısının alınması yolları barədə ətraflı məlumat veriblər. Tədbir çərçivəsində mövzu ilə əlaqədar videoçarx nümayiş olunmuş, iştirakçıları maraqlandıran suallar cavablandırılmış və mövzu ətrafında müzakirələr aparılmışdır.













