“Gənclər Zərərli Vərdişlərə Yox Deyir” mövzusunda regional konfrans keçirilib
25 may 2026-cı il tarixdə Qəbələ rayonunun Bum qəsəbə Təbriz Yaqubov adına tam orta məktəbdə “Gənclər Zərərli Vərdişlərə Yox Deyir” mövzusunda regional konfrans keçirilib. Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin təşkilatçılığı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Qəbələ Rayon İcra Hakimiyyəti, rayon polis şöbəsi, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi və Qəbələ rayon üzrə Təhsil sektorunun birgə dəstəyi ilə keçirilən tədbirdə çıxış edənlər gənclər arasında narkomaniya və digər zərərli vərdişlərə qarşı maarifləndirmə işinin gücləndirilməsi, Azərbaycanın narkotiklərin geniş yayıldığı, interaktiv xəritədə qırmızı və sarı zonalara daxil olan rayon və şəhərlərində gənclərin narkomaniyaya qarşı mübarizə bilgilərini artırılması və narkomaniya ilə mübarizə mədəniyyətinin təkmilləşdirilməsinin vacib olduğunu diqqətə çatdırmışlar. Sonda Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin fəaliyyətində və könüllülük proqramlarında fəal iştirak edən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri və digər gənclər təşəkkürnamə və sertifikatlarla təltif olunublar.













