Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq-Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsinin fəaliyyətə başlamasının 5 ili münasibətilə tədbir keçirilib
20 fevral 2025-ci il tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq-Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsinin fəaliyyətə başlamasının 5 ili münasibətilə Qəbələ rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlamış, Ulu Öndərin və torpaqlarımızın işğaldan azad olması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bu gün uğurla davam etdirildiyini, cəmiyyətin ən fəal hissəsi olan gənclərin respublikamızın sosial-iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirak etdiyini və Azərbaycanın dünyada tanıdılmasına, Vətənimizin müdafiəsinə, dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə layiqli töhfələrini verdiklərini vurğulamışlar. Sonda ötən 5 il ərzində bölmə tərəfndən görülmüş işlərdən bəhs edən videoçarx nümayiş etdirilmiş və bir neçə fəal gəncə təşəkkürnamə təqdim edilmişdir