Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ bölməsi tərəfindən “20 Yanvar - Ümumxalq Hüzn Günü” ilə əlaqədar tədbir keçirilib

19 yanvar 2024 | 16:48

19 yanvar 2024-cü il tarixdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ bölməsi tərəfindən Zarağan kənd 1 saylı məktəbdə  “20 Yanvar - Ümumxalq Hüzn Günü” ilə əlaqədar tədbir keçirilib.  Tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ bölməsinin əməkdaşları və Zarağan kənd 1 saylı məktəbin Peşə təmayüllü sinfinin şagirdləri iştirak ediblər. Tədbir Azərbaycanın müstəqilliyi ugrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə bəşlayıb. Çıxış edənlər Qanlı Yanvar hadisələrindən, xalqımızın keçdiyi ağır sınaqlardan, verdiyi şəhidlərdən və düşmən üzərində qazanılan tarixi Qələbədən danışıblar.  Sonda “20 Yanvar - Ümumxalq Hüzn Günü” sənədli film izlənilib.

Keçidlər