Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Gənclik yeni zəfərlərə doğru” mövzusunda dəyirmi masa keçirilmişdir

02 fevral 2023 | 14:12

Bu gün Qəbələ Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “2 fevral - Azərbaycan Gəncləri günü” nə həsr olunmuş “Gənclik yeni zəfərlərə doğru” mövzusunda dəyirmi masa keçirmişdir. İlk olaraq Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, müstəqilliyi yolunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov çıxışında bildirdi ki, müasir iqtisadi-siyasi, mədəni həyatımızda gənclər böyük çəkiyə malikdir, müstəqil dövlətimizin daha da çiçəklənməsi üçün sağlam, müstəqil düşüncəyə sahib olan, kreativ düşüncəli gənclər yetişməkdədir. Məhz düzgün qurulmuş ideya-siyasi işin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi Ulu öndər Heydər Əliyevin siyasətini ardıcıl şəkildə həyata keçirən, onun gerçəkləşdirməyə imkan tapmadığı layihələri tamamlayan Prezident İlham Əliyevin ətrafında birləşərək Heydər Əliyev ideyalarını qoruyur, inkişaf etdirir və dövlətimizin tərəqqisi naminə öz bacarıqlarını əsirgəmirlər. F.Soltanov 2022-ci ildə görülmüş işlər və qarşıda duran məsələlər barədə məlumat verərək bayram münasibətilə gəncləri təbrik etdi. Çıxış edənlər Azərbaycanda gənclər siyasətinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyidən və görülən işlərdən danışmış, Azərbaycanda dövlət gənclər siyasətinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu bayramın Ulu öndər tərəfindən gənclərə ərmağan olduğunu bildirmiş, bu günkü gənclərin ölkə Prezidentinin ətrafında sıx birləşərək onlar üçün miras qalmış ideya və ənənələri uğurla davam etdirdiklərini vurğulamışlar. Sonda bir qrup Vətən Müharibəsi qazisi və ictimai-siyasi fəaliyyətdə fərqlənən gənclərə fəxri-fərmanlar təqdim edilmişdir.

Keçidlər