Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

“General Polad Həşimov - Vətənə sədaqət nümunəsi” adlı tədbir keçirilib

14 iyul 2026 | 10:00

13 iyul 2026-cı il tarixində Qəbələ rayon Heydər Əliyev Mərkəzində Tovuz döyüşlərinin altıncı ildönümünə həsr olunmuş "General Polad Həşimov - Vətənə sədaqət nümunəsi" adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Qəbələ rayon Heydər Əliyev Mərkəzinın direktor əvəzi Kəmalə Qasımova 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərinin dövlət sərhədlərimizin qorunmasındakı strateji rolundan bəhs etmiş, bu döyüşlərin tarixi Zəfərimizin mühüm təməl daşlarından biri olduğunu vurğulamışdır. Çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova Ulu Öndər Heydər Əliyevin  təməlini qoyduğu ordu quruculuğu strategiyasının ölkə prezidenti        İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olaraq qazanılan qələbədən, işğal altında olan torpaqların azad edilməsindən danışmış, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə adını şanlı qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazan Azərbaycanın Milli Qəhrəmanı general mayor  Polad Həşimovun daimi xatirələrdə yaşacağını qeyd etmişdir. Digər çıxış edənlər Milli Qəhrəmanın yüksək insani keyfiyyətləri, peşəkar komandirlik məharəti və əsgərləri ilə çiyin-çiyinə ön cəbhədə vuruşaraq göstərdiyi fədakarlığın gənc nəslə örnək olduğunu bildirmişdir. Tədbir çərçivəsində Tovuz döyüşlərinin gedişatını, general-mayor Polad Həşimovun şərəfli ömür və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunmuşdur. Şəhid general-mayorun xanımı Ofelya Salmanova qəhrəmanın keçdiyi şərəfli döyüş və ömür yolundan bəhs etmiş, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişdir.

Keçidlər