Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Görkəmli alim, akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş tədbir keçirilib

28 aprel 2026 | 20:26

28 aprel 2026-cı il tarixdə Şirvan Bulqədirov adına şəhər 5 saylı tam orta məktəbdə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları öncə görkəmli oftalmoloq Zərifə Əliyevanın büstü önünə gül dəstələri düzərək, akademikin xatirəsinə ehtiramlarını bildirmişlər. Şirvan Bulqədirov adına şəhər 5 saylı tam orta məktəbdə davam edən tədbir Ulu öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın, və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edənlər görkəmli akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyini, onun keçdiyi şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu qeyd etmişlər. Tədbir iştirakçıları Zərifə xanım Əliyevanın Azərbaycan oftalmologiya elmini dünya təbabətində beynəlxalq oftalmologiya elmi mühiti səviyyəsinə qaldırması, elmi-pedaqoji fəaliyyəti, yüksək ixtisaslı gənc alim kadrları yetişdirməsi, xalqının tərəqqisi və maariflənməsinə əvəzsiz töhfələr verməsi və zəngin mənəviyyata sahib olmasından söz açıblar. Tədbirdə şagirdlər Zərifə xanım Əliyevanın  zəngin və çoxcəhətli həyat fəlsəfəsi ilə bağlı şeirlər söyləmiş, ədəbi-bədii kompozisiyalar nümayiş etdirmişlər. Sonda akademikin həyat və fəaliyyətini əks etdirən videoçarx tədbir iştirakçıları tərəfindən maraqla izlənilmişdir.

Keçidlər