Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

25 aprel 2024 | 16:51

25 aprel 2024-cü il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzində Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib. Öncə Mərkəzin əməkdaşları tərəfindən görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın abidəsi ziyarət edilmiş, abidə önünə gül dəstələri qoyularaq, əziz xatirəsi dərin ehtiramla yad edilmişdir. Tədbirdə çıxış edənlər mənalı ömür yolu, peşə fəaliyyəti və elmi yaradıcılığı insanlıq üçün mənəviyyat və müdriklik örnəyi olan, xalqının tərəqqisinə, maariflənməsinə və sağlamlığına əvəzsiz töhfələr vermiş Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən söz açmış, akademikin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını, daim dərin ehtiramla anılacağını qeyd etmişlər.

Keçidlər