Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir" adlı tədbir keçirilib

01 avqust 2024 | 15:07

01 avqust 2024-cü il tarixdə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” münasibətilə Qəbələ rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir" adlı tədbir keçirilmişdir. Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində hələ Sovet dönəmində Azərbaycan Respublikası Konstitusiya layihəsinə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” adlı maddənin salınmasına nail olmasından, müstəqillik əldə olunduqdan sonra dilimizin dövlət dili kimi hüquqi status almasından, Ulu Öndərin Vətəninə, dilinə, milli mənliyinə olan dərin sevgisindən bəhs etmiş,  dilimizi yad ünsürlərdən qorumağın hər bir şəxsin vətəndaşlıq borcu olmasını nəzərə çatdırmışlar. Sonda mövzu ilə bağlı video-çarx nümayiş olunmuşdur.

Keçidlər