Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Hər birimiz bərabər hüquqlu vətəndaşıq" adlı tədbir keçirilib

12 yanvar 2023 | 14:58

Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Qəbələ Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" - na əsasən “Hər birimiz bərabər hüquqlu vətəndaşıq” adlı tədbir keçirilib. Tədbiri muzeyin direktoru Bəxtiyar Vəliyev açaraq Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu, insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi mövzusunda ilə çıxış etmişdir. Tədbir diskusiya şəklində davam etmiş və sənədli filim nümayiş etdirilmişdir.

Keçidlər