"Heydər Əliyev Azərbaycan Multikulturalizminin siyasi banisidir" adlı tədbir həyata keçirilib
23 noyabr 2023 - cü il tarixdə Qəbələ Rayon Tarix- Diyarşünaslıq Muzeyində "Heydər Əliyev Azərbaycan Multikulturalizminin siyasi banisidir" adlı tədbir keçirilib. Nic qəsəbəsi Udi İcmasının nümayəndələrinin, ziyalılarının da iştirak etdiyi tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda multikulturalizmin bariz nümunəsi olaraq azsaylı xalqların mədəniyyətinin, dilinin, inanclarının qorunması istiqamətində həyata keçirilən mühüm dövlət siyasətinə olan diqqətin nəzərə çatdırmasıdır. Tədbirdə çıxış edənlər Ulu öndər Heydər Əliyevin multikulturalizmin dövlət siyasəti olaraq inkişafında xidmətləri, coxspektrli fəaliyyəti, azərbaycançılıq ideologiyasının təşəkkülündən danışmış, xüsusən də ölkəmizdə əsrlərdən bəri əmin - amanlıq şəraitində birgə yaşayan müxtəlif etnik qruplar və konfessiyalar üçün yaradılan şəraitdən, bu gün də milli və dini icmalara göstərilən dövlət qayğısından bəhs etmişlər.