Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

 “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda konfrans keçirilmişdir

22 dekabr 2023 | 17:57

22 dekabr 2022-ci il tarixdə “Heydər Əliyev ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir”mövzusunda konfrans keçirilmişdir. Konfrans ştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsinə böyük hörmət və ehtiramlarını bildirmişlər. Konfransda ilk olaraq Azərbaycanın Dövlət Himni səslənmiş, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının müavini Ətayə Osmanova  qonaqları və konfrans iştirakçılarını salamlayaraq Ümummilli Lider Heydər Əliyevin irsinin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışdığını qeyd etmiş və bu ənənənin bu gün ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. Sonra “Heydər Əliyev və multikulturalizm” adlı videoçarx nümayiş olunmuşdur. Tədbirdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Araz Qurbanov və Azərbaycan Texniki Univesitetinin professoru, fəlsəfə elmləri doktoru Əyyub Kərimov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşməsində, tolerantlıq və multikulturalizm ənənələrinin yüksək qiymətləndirilməsində və milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanmasında böyük xidmətləri olduğunu bildirmişlər. Tədbir diskusiya şəklində davam etmiş və mövzu ətrafında çıxışlar olmuşdur.

Keçidlər