"Heydər Əliyev Azərbaycanda dayanıqlı peşə təhsilinin yaradıcısıdır" adlı tədbir keçirilib
14 noyabr 2024-cü il tarixdə Qəbələ rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin iştirakı ilə "Heydər Əliyev dayanıqlı Azərbaycan peşə təhsilinin yaradıcısıdır" mövzusunda tədbir keçirilib. Tədbirin əsas məqsədi Heydər Əliyevin peşə təhsilinin inkişafındakı roluna diqqət çəkmək, Ulu Öndərin təhsil, eləcə də peşə təhsili sahəsində gördüyü işlərin təhlili və bu sahədə aparılan islahatların Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsini işıqlandırmaq olub. Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafındakı misilsiz xidmətləri, peşə təhsili sahəsində gördüyü işlər barədə ətraflı söz açaraq, Ulu Öndərin dəyərli irsinin həmişə xalqımız üçün gərəkli olduğunu və gələcək nəslin bu irsdən səmərəli bəhrələnəcəyini qeyd etmişlər.