“Heydər Əliyev fenomeni-Milli Qurtuluşun təntənəsidir” adlı tədbir keçirilib
13.06.2023-cü il tarixində Qəbələ rayon Heydər Əliyev Mərkəzində 15 İyun Milli Qurtulu gününə həsr olunmuş “Heydər Əliyev fenomeni-Milli Qurtuluşun təntənəsidir” adlı tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin nümayəndəsi Pərviz Ağayev Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə müstəqilliyin bərpa olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlandığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirmişdir. Çıxış edənlər, Ulu Öndərin həyata keçirdiyi müasir, müstəqil dövlət quruculuğu konsepsiyası ilə müasir Azərbaycanın qazandığı zəfərin bünövrəsinin qoyduğunu qeyd etmişlər. Sonda Şuşa şəhər 24 saylı tam orta məktəbin şagirdlərinin ifasında Ümummilli Liderə həsr olunmuş şeir kompozisiyası səsləndirilmiş və ulu öndərin siyasi fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.