Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Heydər Əliyev İli” çərçivəsində “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda konfrans keçirilmişdir

08 may 2023 | 17:52

08 may 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar 2023-cü ilin  “Heydər Əliyev İli” elan edilməsi çərçivəsində Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda konfrans keçirilmişdir. Konfrans iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsinə böyük hörmət və ehtiramlarını bildirmişlər. Milli Məclisin deputatı Aqiyə xanım Naxçıvanlının, Qəbələ Rayon İcra Hakimiyyətinin, idarə müəssisə və təşkilatların nümayəndələrinin, ziyalıların, ağsaqqalların və rayon ictimaiyyətinin iştirakı ilə keçirilən konfransda ilk olaraq Azərbaycanın Dövlət Himni səslənmiş, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev konfrans iştirakçılarını salamlayaraq Dövlət müstəqilliyimizin möhkəmləndirilməsində misilsiz xidmətləri olmuş, xalqımızın xilaskarı, dahi lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərdən, iqtisadi islahatlardan, ideoloji prinsiplərdən danışmış, Ümummilli Liderin daxili və xarici siyasət kursu, dövlət quruculuğu konsepsiyasının Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini və yeni çalarlarla zənginləşdirildiyini diqqətə çatdırmışdır.  Milli Məclisin deputatı Aqiyə xanım Naxçıvanlı çıxış edərək, Azərbaycan xalqının son 34 illik tarixinin Heydər Əliyev şəxsiyyəti və onun ideyaları ilə bağlı olduğunu bildirib. Xüsusilə müstəqillik tarixinin bütün əlamətdar hadisələrinin müəllifinin Ulu Öndər olduğunu vurğulayıb. Ona görə də dahi şəxsiyyətin irsinin qorunmasının və gələcək nəsillərə ərməğan edilməsinin vacibliyini qeyd etmişdir.Konfransda çıxış edənlər müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan xalqın təkidi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışından, Yeni Azərbaycan Partiyasının yaranmasından, Heydər Əliyevin partiyaya sədr təyin edilməsindən, qısa müddətdə ictimai-siyasi sabitliyin formalaşmasından, atəşkəsin elan olunmasından danışmışlar.

Keçidlər