“Heydər Əliyev İli” çərçivəsində ““Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda dəyirmi masa keçirilmişdir
19 sentyabr 2023-cü il tarixində “Heydər Əliyev İli” çərçivəsində Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ““Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova tədbir iştirakçılarını salamlayaraq, "Əsrin müqaviləsi” ilə müstəqilliyini möhkəmləndirən Azərbaycanın öz sərvətlərinə tam sahib olduğunu diqqətə çatdırmış, Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu qeyd etmişdir. Çıxış edənlər Ulu Öndərin təşəbbüsü ilə imzalanan “Əsrin müqaviləsi”nin və bu tarixi hadisənin Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətindən bəhs etmiş, milli sərvətlərimizdən müstəqil dövlətimizin və xalqımızın rifahı naminə istifadə olunması və bu məqsədlə xarici investisiyaların cəlb olunması üçün cəsarətli siyasi addımlar atıldığını bildirmiş, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan iqtisadi inkişaf mərhələsinin bu gün onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmışlar. Sonda ““Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda şeirlər dinlənilmiş və videoçarx nümayiş olunmuşdur.