Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Heydər Əliyev ili çərçivəsində “Heydər Əliyev irsini öyrənirik” adlı  tədbir  keçirilmişdir

29 noyabr 2023 | 16:04

29 noyabr 2023-cü il tarixdə Heydər Əliyev ili çərçivəsində YAP Qəbələ rayon təşkilatının və FHN Şimal-Qərb Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsini öyrənirik” adlı tədbir keçirilmişdir. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhadətə ucalmış şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov və FHN Şimal-Qərb Regional Mərkəzinin rəisi Elnur Məhərrəmov Ümumilli liderin titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlərindən danışmışlar. Digər çıxış edənlər Ulu Öndərin dövlətçilik səriştəsi və bacarığı ilə qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxardığını, ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdığını vurğuladı və ölkəmizin əldə etdiyi nailiyyətləri diqqətə çatdırmışlar. Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunmuş, partiyanın fəaliyyətində fəal iştirak edən partiya üzvlərinə fəxri fərman və qiymətli hədiyyələr, YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilmişdir.

Keçidlər