Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Heydər Əliyev İli” çərçivəsində “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi”  mövzusunda dəyirmi masa keçirilmişdir

14 noyabr 2023 | 12:39

Qəbələ Rayon İcra Hakimiyyətinin və rayon Heydər Əliyev mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində  “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi”  mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi Pərvin Pənahov Azərbaycanda Hüquqi dövlət quruculuğunun Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd etmiş, Ümummilli Lider tərəfindən əsası qoyulan dövlətçilik ənənələrinin bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. Çıxış edənlər Heydər Əliyevin müstəqil dövlət quruculuğu istiqamətində gördüyü işlərdən danışmış, Ümümmilli Liderin banisi olduğu konstitutsiyanın müasir dünyanın sivil dəyərlərinə, milli və ümumbəşəri prinsiplərə söykənərək Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu istiqamətində möhkəm təməl yaratdığını qeyd etmişlər. Sonda iştirakçıları maraqlandıran suallar hüquqşünaslar tərəfindən cavablandırılmışdır.

Keçidlər