Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Heydər Əliyev İli” çərçivəsində  “Qəbələ mənzərələri” adlı sərgi təşkil edilmişdir.

21 iyul 2023 | 09:14

20 iyul 2023-cü il tarixində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev İli” çərçivəsində  YAP Yasamal Rayon Təşkilatı, Yasamal rayon |Heydər Əliyev Mərkəzi, Qəbələ rayon Heydər Əliyev Mərkəzi, Udi İcması və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə Qəbələdə "Vətənpərvərlik etüdləri" mövzusunda "Qəbələ mənzərələri" adlı etüd-sərgi və Udi İcması ilə görüş keçirilmişdir. Tədbir iştirakçıları öncə  Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoyaraq tarixi şəxsiyyətə öz ehtiramlarını bildirmiş və Qəbələ rayon Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar. Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən “Udi ocağı” etnoqrafik mərkəzdə udi icmasının üzvləri ilə görüşdən sonra “Qəbələ mənzərələri” adlı etüd-sərgi təşkil edilmiş və rəssamlar diplomlarla təltif edilmişlər. Sonda tədbir iştirakçıları Qəbələnin görməli və tarixi məkanları ilə tanış olmuşlar.

Keçidlər