“Heydər Əliyev İli” çərçivəsində “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilmişdir
27 oktyabr 2023-cü il tarixində “Heydər Əliyev İli” çərçivəsində Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova tədbir iştirakçılarını salamlayaraq, Ümummilli lider Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmaqla onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyət olduğunu, Azərbaycan xalqının yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyduğunu qeyd edərək, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan iqtisadi inkişaf mərhələsinin, müstəqil dövlət quruculuğuna aparan yolun, bu gün onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs etmişdir. Çıxış edənlər Ümummilli lider Heydər Əliyevin müstəqil dövlət quruculuğu istiqamətində vaxtında atılan addımlarla xalqımızın müqəddəratının həll edilməsində mütərəqqi dəyişikliklərin banisi olduğunu vurğulayaraq, xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyduğunu qeyd etmişlər. Sonda Vətən Müharibəsi Qəhrəmanı Əfqan Abdurahmanov adına Qəbələ şəhər 3 saylı tam orta məktəbin şagirdlərinin ifasında Ümummilli Liderə həsr olunmuş şeir kompozisiyası səsləndirilmişdir.