Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda konfrans keçirilmişdir

31 may 2023 | 13:50

31 may 2023-cü il tarixində “Heydər Əliyev İli” çərçivəsində Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda konfrans keçirilmişdir. Konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsinə böyük hörmət və ehtiramlarını bildirmişlər. Qəbələ Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların nümayəndələrinin, ziyalıların, ağsaqqalların və rayon ictimaiyyətinin iştirakı ilə keçirilən konfransda ilk olaraq Azərbaycanın Dövlət Himni səslənmiş, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev qonaqları və konfrans iştirakçılarını salamlayaraq Ümummilli Lider Heydər Əliyevin irsinin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışdığını qeyd etmiş və bu ənənənin bu gün ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşməsində, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranmasında, tolerantlıq və multikulturalizm ənənələrinin yüksək qiymətləndirilməsində və milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanmasında böyük xidmətləri olduğunu bildirmişlər. Sonda “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” adlı videoçarx nümayiş olunmuşdur.

Keçidlər