"Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Resublikası Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev - əbədiyaşar şəxsiyyət” mövzusunda tədbir keçirib. Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoyaraq, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad etmişlər. Heydər Əliyev Mərkəzində davam edən tədbiri giriş sözü ilə açan FHN-in Şimal-qərb Regional Mərkəzinin rəisi polkovnik-leytenant Elnur Məhərrəmov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin əhəmiyyətindən danışmış, Ümummilli liderin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətləri, dövlət müstəqilliyinin qorunub saxlanılması, ordu quruculuğu, respublikamızın sosial-iqtisadi inkişafı və digər sahələrdə misilsiz fəaliyyəti haqqında geniş məlumat vermişdir. Tədbirdə çıxış edənlər Heydər Əliyev ideyalarının əsasını vətən sevgisi, azərbaycançılıq, vətənə, dövlətə sədaqət hissi təşkil etdiyini vurğulamış, bu ideyaların Ulu Öndərin müdrik siyasi kursunun davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişlər. Sonda tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olmuş, Ulu Öndər haqqında sənədli film izləmişlər.