Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Heydər Əliyev məktəblilərin gözü ilə” adlı inşa müsabiqəsinin qalibləri mükafatlandırılmışdır

04 may 2024 | 11:17

Qəbələ şəhər 5 nömrəli tam orta məktəbdə Azərbaycan Yazıçılar Birliyinin Zaqatala  regional bölməsinin və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən Heydər Əliyevin anadan olmasının 101-ci ilinə həsr olunmuş “Heydər Əliyev məktəblilərin gözü ilə” inşa müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.  Tədbirdə ilk olaraq Ulu Öndər  Heydər Əliyev və vətən uğrunda şəhadətə yüksəlmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Azərbaycan Yazıçılar Birliyi Zaqatala bölməsinin, Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon təhsil sektorunun, Qəbələ Rayon Yeni Azərbaycan Partiyasının nümayəndələrinin, məktəb direktorları və şagirdlərin iştirak etdiyi tədbirdə çıxış edənlər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində göstərdiyi əvəzsiz xidmətləri şagirdlərin diqqətinə çatdıraraq, dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsil sahəsində də böyük nailiyyətlərin əldə olunduğunu vurğulamış, bu cür müsabiqələrin keçirilməsinin gənc nəsilllər üçün çox əhəmiyyətli olduğunu qeyd etmişlər. Tədbirin sonunda  müsabiqə qaliblərinə  Azərbaycan Yazıçılar Birliyinin Zaqatala Bölməsinin təsis etdiyi “Diplom” və qiymətli hədiyyələr təqdim edilmişdir.

 

Keçidlər