Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Heydər Əliyev Mərkəzində 15 iyun – “Milli Qurtuluş Günü” münasibətilə tədbir keçirilib

12 iyun 2025 | 03:10

Qəbələ Rayon Heydər Əliyev Mərkəzində 15 iyun – “Milli Qurtuluş Günü” münasibətilə "Böyük xilaskarlıq qayıdışı" adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər 15 İyun - Milli Qurtuluş Gününün ölkəmizin və xalqımızın həyatındakı əhəmiyyətindən, memarı və qurucusu Ulu Öndər Heydər Əliyev olan müstəqil Azərbaycan dövlətinin keçdiyi şərəfli tarixdən ətraflı söz açaraq həmin tarixin Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi yolunda dönüş nöqtəsi oluduğunu bildirimiş, bu ənənənin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini diqqətə çatdırılmışlar. Sonda "Böyük xilaskarlıq qayıdışı" adlı videoçarx nümayiş etdirilmişdir.

Keçidlər