Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Heydər Əliyev Mərkəzində “Hüququndan keçən əsgər,  hərə bir qəhrəman oldu” adlı tədbir keçirilib

25 sentyabr 2024 | 15:25

Qəbələ Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 27 sentyabr Anım günü ilə əlaqədar  “Hüququndan keçən əsgər hərə bir qəhrəman oldu” adlı tədbir keçirilib. Tədbir Ulu öndər Heydər Əliyevin  və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Qəbələ rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin, Tarix-Diyarşünaslıq muzeyinin, Mədəniyyət Mərkəzinin, GİKM-nin Qəbələ rayon nümayəndəliyinin, təhsil sektorun əməkdaşlarının və Vətən Müharibəsi iştirakçılarının iştirak etdiyi tədbirdə çıxış edənlər 2020-ci il sentyabrın 27- də Ermənistanın ölkəmizə  qarşı növbəti hərbi  təcavüzünə cavab olaraq, Azərbaycan hərbiçilərinin misilsiz döyüş qabiliyyətini, ordumuzun qüdrətini yüksək səviyyədə təcəssüm etdirən, xalqımızın dəmir yumruq kimi birləşdiyi 44 günlük müharibənin ərazilərimizin düşməndən azad edilməsi ilə nəticələndiyini qeyd edərək, bu Qələbənin əsrlər boyu Azərbaycan xalqının qəlbində böyük qürur və sevinc hissi kimi qalacağını bildirmişlər.

Keçidlər