Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Heydər Əliyev Mərkəzində "Qanlı və Şanlı Tarix - 20 Yanvar" adlı dəyirmi masa keçirilib

18 yanvar 2024 | 17:06

18 Yanvar 2024-cü il tarixdə Qəbələ Rayon Heydər Əliyev Mərkəzi və rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar "Qanlı və Şanlı Tarix - 20 Yanvar" adlı dəyirmi masa keçirilib. Öncə Azərbaycanın müstəqilliyi uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.  Tədbirdə çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisənin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədiyini, igid oğullarımızın şəhidlik zirvəsinə yüksələrək, xalqımızın yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini bütün dünyaya, ən əsası isə faciənin təşkilatçılarına nümayiş etdiklərini qeyd ediblər.

Keçidlər